Bu gün qəbul imtahanıdır!
6 İyul 2014 10:24 (UTC+04:00)
Bu gün SABAH qruplarına qəbul imtahanı keçiriləcək.
Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, imtahan
Azərbaycan Dövlət İqtisad Universitetinin 1- ci tədris binasında
təşkil olunacaq. Burada ölkənin 34 ali təhsil müəssisəsinndən
seçilmiş 1-ci kurs tələbələrinin iştirakı nəzərdə tutulub.
Ümumilikdə, 53 ixtisası əhatə edən tələbələr imtahanda ingilis dili
və məntiqdən hər biri 25 sual olmaqla ümumi 50 sualı 1,5 saat
ərzində cavablandırmalıdır.
Hər bir test sualı 1 balla qiymətləndirilir. Səhv cavablar düz
cavabları ixtisar etmir.
İmtahanın nəticələri emal olunduqdan sonra Təhsil Nazirliyinin
rəsmi internet səhifəsində və "sabah.edu.az" saytında
yerləşdiriləcək.
Qeyd edək ki, SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın
12-dən iyunun 15-dək aparılıb.