900 min dollarlıq qarət
6 İyul 2014 11:00 (UTC+04:00)
Yaponiyada iki mindən çox küçə və körpü adlarının yazıldığı
lövhələr oğurlanıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bununla dövlət
mülkünə təxminən 900 min dollarlıq zərər dəyib.
Plitələr misdən hazırlanıb. Buna görə də kütləvi vandalizmin əsas
səbəb versiyası kimi onların emal edilib satışa çıxarılması
göstərilir. Polis tərəfindən görülən tədbirlərə baxmayaraq,
lövhələr yoxa çıxmaqda davam edir.
Qeyd edək ki, təbii sərvəti çox az sayılan uzaq şərq ölkəsində
misin qiyməti çox bahadır.