İŞİD darmadağın oldu

6 İyul 2014 11:21 (UTC+04:00)
İraqın Əl-Ənbar rayonunda təhlükəsizlik qüvvələri ilə terror təşkilatı olan İraq Şam İslam Dövləti (İŞİD) arasında çıxan qarşıdurmalarda 22 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı bildirilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ənbar əməliyyat komandiri general-leytenant Rəşid Felih bildirib ki, Ənbara bağlı əl-Fəllucə mahalının şərq və şimalında ordu birlikləri ilə İŞİD arasında yaşanan qarşıdurmalarda 18 terrorist öldürülüb, 11 terrorist isə yaralanıb. Bundan başqa, "İŞİD"ə aid 5 hərbi vasitənin yandırıldığını da general qeyd edib. Qarşıdurmada İraq ordusunun 3 əsgərinin yaralandığını bildirilir.

Qeyd edək ki, bir müddətdir İraqda silsilə vəhşiliklər həyata keçirən "İŞİD"ə aid silahlı qruplaşmalar Mosul, Tikrit, Baxibə və Telafer şəhərlərini, bundan başqa Ənbar, Əl-Qaim, Ravə, Aneh, Ratbə və Hadisə kəndlərini ələ keçirib. Qarşıdurmalar səbəbilə təxminən 1 milyon vətəndaş köç etmək məcburiyyətində qalıb. Ölkənin müxtəlif yerlərində "İŞİD" ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir. İraq ordusu "İŞİD"ə aid silahlı qruplaşmaların nəzarətində olan bölgələrə hava hücumları təşkil edir.