Ermənilər yenidən fəallaşdı

6 İyul 2014 12:09 (UTC+04:00)
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Movqe.az xəbər verir ki ,  Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Qazax, Tovuz və Ağstafa rayonu istiqamətində yerləşən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutulublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.