53 terrorçu məhv edildi
6 İyul 2014 12:13 (UTC+04:00)
Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno ştatında hərbi
bazaya hücum edərək "Boko Haram" terror qruplaşmasının 53 üzvünü
məhv edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, "Boko Haram"
silahlıları iyulun 5-də Damboa şəhərində yerləşən hərbi bazanı ələ
keçirməyə cəhd ediblər.
Nigeriyanın müdafiə nazirliyi döyüşdə 6 hərbçinin həlak olduğunu
bildirib.
Qeyd edək ki, "Boko Haram" terror qruplaşmasının üzvləri təhsilin
qərb modelinə qarşıdırlar və Nigeriyada hökuməti devirərək ölkədə
şəriət dövləti yaratmaq istəyirlər. 2013-cü ilin mayında
Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında
fövqəladə vəziyyət elan edərək "Boka Haram" qruplaşmasına qarşı
hərbi əməliyyatın başlanmasını bəyan edib.