"Artur" 200 min insanı işıqsız qoydu
6 İyul 2014 13:20 (UTC+04:00)
"Artur" qasırğasının nəticələri Kanadada 200 mindən çox insanı
elektrik təchizatından məhrum edib. Movqe.az ANS PRESS-ə istinadən
xəbər verir ki , işıqsızlıq ölkənin Atlantik sahili boyu Yeni
Şotlandiya, Nyu-Brunsvik vilayətləri və Şahzadə Edvard adasında
yaşanıb.
Ən çox işıq kəsintisi 110 min insanın əhatə etdiyi Yeni Şotlandiya
vilayətinə düşüb. Elektrik cərəyanının 48-72 saat ərzində bərpa
olunacağı gözlənilir.
Qeyd edək ki, Şimali Amerikanı lərzəyə salan "Artur" qasırğasının
küləyinin saatda 102 ilə 123 kilometr sürətlə dəyişdiyi bildirilir.
Təbii fəlakət yaşanan bölgələrdə yüzlərlə ağac qopub, elektrik və
reklam dirəkləri dağılıb. Qasırğanın yatmasına baxmayaraq, bölgədə
sel təhlükəsi hələdə mövcuddur.