Metropolitenlə bağlı qərar
6 İyul 2014 16:08 (UTC+04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması
haqqında" prezident Sərəncamının icrası ilə əlaqədar A Nazirlər
Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, yeni qərara əsasən
"Azərbaycan Respublikası Nazirlər Kabineti fövqəladə komissiyasının
tərkibi"ndə "V.M.Nadirli - Bakı Metropoliteninin rəisi" sözləri
"Z.M.Hüseynov - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin
sədri" sözləri ilə əvəz edilib.
"Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da
təkmilləşdirilməsi və onun maddi-texniki bazasının
möhkəmləndirilməsi tədbirləri haqqında" Nazirlər Kabinetinin
qərarının 17-ci hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı
Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz
edilib.
"Bakı Metropoliteninin "Bakı Soveti" stansiyasının adının
dəyişdirilərək "İçərişəhər" adlandırılması haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarındakı "Bakı Metropoliteni"
sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə
əvəz edilib.