Gülən məktəbləri lisey olacaq
6 İyul 2014 17:08 (UTC+04:00)
Fətullah Gülənin lideri olduğu Gülən camatına məxsus özəl məktəblər
Türkiyə Təhsil Nazirliyinin balansına keçirildi.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Gülən məktəblərinin
(dərsanələr) adı dəyişdirilərək "Təməl Lisey"(çoxproqramlı)
olacaq.
Sözügedən təhsil ocaqlarının lisey kimi fəaliyyət göstərməsi
2018-2019-cu təhsil illərində başlanacaq.
Türkiyə Təhsil Nazirliyinin şərtlərinə uyğun olan bu "dərsanələ"
"Təməl lisey" adına sahib çıxaraq fəaliyyətlərini davam etdirə
biləcəklər.
Nazirliyin yeni qərarına əsasən qeyri-qanuni və qaçaq yolla
fəaliyyət göstərən bütün Gülən məktəbləri bağlanacaq.