İnternetin qabağından durmayan 10 ölkə

6 İyul 2014 18:10 (UTC+04:00)
Beynəlxalq Telekomunikasiya Birliyi internet aslılığının ən geniş yayıldığı 10 ölkənin adını açıqlayıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, siyahının 1-ci pilləsində İslandiya dövləti yer tutub. Belə ki, İslandiyanın əhalisinin 96.2 %-i internetdən aslıdır.

Siyahının 2-ci pilləsində Norveç dövləti yer alıb. Bu dövlətin isə əhalisinin 95%-i internetdən aslıdır.

Daha sonra ardıcıl olaraq İsveç 94%, Hollandiya 93%, Danimarka 93%, Finlandiya 91%, Yeni Zelandiya 89.5%, İngiltərə 87%, Kanada 86.8% və İsveçrə 85.2%-lə siyahını davam etdirir.