Təyyarə qəzasında 1 nəfər sağ qaldı

6 İyul 2014 21:16 (UTC+04:00)
Polşada içərisində paraşütçülər olan idman təyyarəsi qəzaya uğrayıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Çenstoxova yaşayış məntəqəsinin yanında baş vermiş qəza zamanı təyyarənin göyərtəsində 12 nəfər olub. Onlardan 11 nəfər həlak olub və 1 nəfər xəstəxanaya aparılıb. Xəstənin huşu yerinə gəlib.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir.