Qız atası tərəfindən zorlandığını iddia edir, ata isə əksini
6 İyul 2014 22:10 (UTC+04:00)
Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edən 21 yaşlı qız
atasının cinsi təcavüzünə məruz qaldığını deyib
Bu günlərdə Bərdə rayon Polis Şöbəsinə 21 yaşlı qızın atası
tərəfindən zorlanması barədə məlumat daxil olub. Movqe.az Lent.az-a
istinadən xəbər verir ki, şöbəyə şikayət ərizəsi ilə müraciət edən
21 yaşlı Günel Ağayeva (ad və soyad şərtidir) atası tərəfindən
zorlandığını iddia edib. Gənc qadın bildirib ki, xeyli müddətdir
ki, atasının təhdidləri ilə üz-üzədir və iyun ayında evdə kimsənin
olmadığı vaxt atası onunla zorla cinsi əlaqədə olub.
Dərhal müraciətlə bağlı araşdırmalar başlanılıb. G.Ağayevanın atası
olan 45 yaşlı M.Ağayev polis şöbəsinə dəvət edilib. O, ifadəsində
bildirib ki, qızı ilə könüllü cinsi əlaqədə olub və ona qarşı zor
tətbiq etməyib. M.Ağayev etiraf edib ki, 21 yaşlı qızı ilə uzun
müddət imiş ki, cinsi əlaqədə olmaq istəyirmiş və bu barədə ona
dəfələrlə bildirib. Nəhayət iyun ayında qızı atası ilə cinsi
əlaqədə olmağa rzılıq verib. Bundan bir neçə gün sonra isə
G.Ağayeva polis şöbəsinə müraciət edərək atasından şikayət
edib.
M.Ağayev iddia edib ki, qızı xeyli müddətdir ki, əxlaqsızlıq edir
və onu yığışdırmağa çalışıb. G.Ağayevanın atasından polisə şikayət
edərək onu həbs etdirməyə çalışması da öz hərəkətlərini daha rahat
formada davam etdirmək istəməsi ilə bağlıdır.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.