Sərxoş adam pələngi qorxutdu (VİDEO)

6 İyul 2014 23:15 (UTC+04:00)
İnsanların pələngdən qorxması normal bir haldır. Ancaq Kiyev zooparkında olan bu pələngi o vəziyyətə çatdırıblar ki, o,qorxudan şoka düşüb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , səbəb içkili vəziyyətdə olan bir kişinin çəpəri aşaraq, xəlvətcə 6 yaşlı Malış adlı pələngə yaxınlaşması olub.


Bu zaman pələng caynağları ilə kişinin üzərinə atılıb. Sərxoş isə üzərində gəzdirdiyi silahdan havaya atəş açıb. Həmin kişi sonradan polis tərəfindən saxlanılıb və tibbi müayinə üçün yerli xəstəxanaya aparılıb.

Zoopark işçisinin sözlərinə görə, insidentdən sonra pələngin bir neçə saat tərpənmədən dayanıb. Özünə gəldikdən sonra isə daima təşviş keçirir.

Deyilənə görə, yırtıcı heyvanın qəfəsinə daxil olmuş həmin kişi bundan əvvəl də oxşar hərəkəti etməyə cəhd etsə də qarşısı alınıb. Bu hərəkətini 'pələngləri çox sevməsi ilə əsaslandırır. Onun bəxti onda gətirib ki, "Malışın" qəfəsinə düşüb, çünki Malış yaşlı olsa da, insanlara dostcasına rəftar edib. Əks halda qəfəsə hücum faciə ilə nəticələnə bilərdi.