Bu gün 5 nəfər ölümdən qayıtdı

7 İyul 2014 00:00 (UTC+04:00)
Bu gün 5 nəfər ölümdən qayıdıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu gün Xəzər dənizində, "Tağıyev", "Bilgəh" sularda xilasetmə məntəqəsinin hər birinin ərazisində 1 nəfər, "Nardaran-1" sularda xilasetmə məntəqəsinin ərazisində isə 2 nəfər FHN-in xilasediciləri tərəfindən xilas olunub.

Daha bir nəfər isə Mingəçevir su anbarında, "Mingəçevir" sularda xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə, nəzarət olunmayan ərazidə batmaq təhlükəsi ilə üzləşib.

Bu şəxs də Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.