Bu rayonda qaz olmayacaq

7 İyul 2014 10:53 (UTC+04:00)

Yardımlı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən movqe.az-a verilən məlumata görə, yeni avtomobil körpüsünün tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar işlər başa çatanadək Yardımlı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.