Anasının başını divara vura-vura partlatdı
7 İyul 2014 10:57 (UTC+04:00)
Türkiyədə ana ilə 25 yaşlı oğlu arasında başlayan
mübahisə böyük faciə ilə nəticələnib.
ANS PRESS-in yerli mətbuata istinadən verdiyi
xəbərə görə, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Məlumata
görə, evin çardağında 3 dostu ilə spirtli içki qəbul edən Tayfun
Yılmazla 56 yaşlı anası Şükriyə Yılmaz arasında naməlum səbəbdən
mübahisə baş verib. Mübahisə zəminində T. Yılmaz alkoqolun da
təsiri ilə anasının başını divara vurmağa
başlayıb.
Zərbələrlə anasının başını partladaraq öldürən
Yılmaz daha sonra hadisə yerindən qaçıb.
Hadisədən bir sonra qonşuların xəbər verməsi ilə
meydana çıxan cinayətdən sonra polis T. Yılmazı gizləndiyi evdə
aşkarlayaraq həbs edib.
Faktla bağlı cinayət məcəlləsinin bir çox maddəsi
ilə cinayət işi açılıb, araşdırmalar davam edir.