"İnstaqrama alergiyam var" - Xumar

7 İyul 2014 12:12 (UTC+04:00)
Müğənni Xumar Qədimova sosial şəbəkəni həyatlarının ayrılmaz hissəsinə çevirib, hər addımbaşı fotolarını, yediklərini, içdiklərini hətta geydiklərini belə izləyiciləri ilə paylaşan həmkarlarını qınaq obyektinə tutub. Mövqe.az xəbər verir ki, müğənni açıqlamasında belə deyib: "Heç bir sosial şəbəkədə yoxam. Və olmaq fikrim də yoxdu. Bu yaxında mənim üçün mahnı yolladılar ki, bu mahnının bəstəkarı istəyir ki, həmin mahnını sən oxuyasan. Mən də başqa nömrədə özümə votsapp açmışam. İnanın normal vaxtda bir kitabı bir aya oxuyurdumsa o votsapp açılandan sonra artıq bir ay keçib, amma kitabı hələ də bitirməmişəm. O nömrəni də 3-5 adam bilir. O insanlar mənə mane oldu, fikirim qaldı orada.Yordular məni...".


İnstaqramda olan məşhurlar da görünür X. Qədimovanın qəzəb atəşinə tuş gəlib: "İnstaqrama alergiyam var. Axı kimə maraqlıdır ki, biz harda, hansı çaydan içirik. Tamaşaçını yormaq olmaz. Bəlkə də nəğmələrimin köməkliyi ilə hələ də gündəmdə qalmağı bacarıram və ona görə belə danışıram. Ehtiyacım yoxdur İnstaqrama şəkil qoyub, yada düşüm. Bəlkə zaman gələr mən də tükənərəm, o zaman şəklimi qoyaram".