Usta evin damından yıxılıb öldü

7 İyul 2014 12:36 (UTC+04:00)

Ötən gün Lənkəranda usta ehtiyatsızlığın qurbanı olub. 


Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Şıxəkəran kəndində yaşayan 1966-cı il təvəllüdlü Əlvan Xudaqulu oğlu Əliyev usta kimi işlədiyi evin damının üstündən yıxılıb.


Ə.Əliyev hadisə yerində yıxılıb. Ağır yaralanan Əlvan Əliyevi xəstəxanaya yerləşdiriblər. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.