"Hamınıza cəhənnəmdə VİP yer hazırlatdırmışam"-Kərim
7 İyul 2014 12:42 (UTC+04:00)
"And olsun Allaha iyənirəm bu şou-biznesdən" deyən müğənni Kərim
Abbasov həmkarlarını sərt tənqid edib. Mövqe.az xəbər verir ki,
müğənni şou aləmində heç kəsə etibar olmadığını açıqlayıb: "Allah
daş salardı mənim başıma ki, bu sənətə gələn yerdə.İkiüzlülər,
yaltaqlar baş alıb gedir. Kimə qardaş deyirsən sonradan dəyişir.
Kimə bacı deyirsən... Nə bilim. İmana gəlin. Allahınızı tanıyın. Ay
şou-əhli onsuzda hamınıza cəhənnəmdə VİP yer hazırlatdırmışam. Of,
Allahım məni bağışla!".