Rusiyada axtarışda olan şəxs “ASAN xidmət” Mərkəzində saxlanılıb

7 İyul 2014 15:41 (UTC+04:00)

"ASAN xidmət" Mərkəzinin əməkdaşları Rusiyada axtarışda olan şəxsi aşkar ediblər.


Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  Rusiyada axtarışda olan Xətai Novruzov Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə təhvil verilib.

Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olub.