“Xoşbəxtəm, gözəl ailəm var” – Fatimə

7 İyul 2014 16:44 (UTC+04:00)

Rəqqasə Fatimə Fətəliyeva "Piknik" verilişinin növbəti qonağı olub. 


Axşam.az-ın məlumatına görə, sənətçi şəhər həyatından yorulduğunu etiraf edib:

 

"Demirəm ki, günlərlə, həftələrlə qalaram. Amma istəyərəm ki, telefonları söndürüm, İnstaqramdan, suallardan uzaqlaşım. Bir neçə gün sakit olum, beynim dincəlsin. Məclisdən çıxanda, yolda, evə gələnə kimi maşında mahnı oxutmuram ki, beynim dincəlsin. Kənddə, rayonda rahat yaşaya bilərəm, amma bu, mənə heç vaxt qismət olmayacaq". 


Rəqqasə aparıcının "Bəlkə qarşına biri çıxdı və sənə kənddə yaşamağı təklif etdi" sualına isə belə cavab verib: 


"Qarşıma bundan sonra kiminsə çıxması ehtimalı yoxdur. Xoşbəxtəm, gözəl ailəm var. Ailəmlə birlikdə bəlkə gedib bir neçə gün qalaram, istirahət edərəm".