Nazirlikdən poçt müdirinin intiharı ilə bağlı açıqlama

7 İyul 2014 16:43 (UTC+04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Şabranda poçt müdirinin intihar etməsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə,  Elvin Zəkiyevin müdir işlədiyi Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsində heç bir yoxlama aparılmayıb: "Elvin Zəkiyevin məhz bu səbəbdən və işi ilə bağlı intihar etməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".