Nüşabə Ələsgərliyə meyxana həsr elədilər

7 İyul 2014 17:23 (UTC+04:00)
Azərbaycanın əməkdar artisti Nüşabə Ələsgərli sənət dostu, tanınmış meyxana ustadı Kərim meyxana həsr edib.

Aktual.az-ın məlumatına görə, sənətçi qafiyəni "instagram"da paylaşıb.

Sözləri olduğu kimi təqdim edirik.


Sənətinlə ey xanım, damağlarda dad qoymusan.

Nüşabə sevənlərin ürəklərin şad qoymusan.

Bakıya İbrahimi gətirməklə ad qoymusan.

Səninlə gərək bütün Azərbaycan fəxr eləsin.

Bənzəri varsa sənə qoy Sibel Can fəxr eləsin.