Azərbaycanda Dövlət Bayrağı endiriləcək

7 İyul 2014 18:40 (UTC+04:00)

Bu gün hava şəraiti ilə əlaqədar Dövlət Bayrağı endiriləcək

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən, iyulun 7-də axşam saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək.