Bu gün hava necə olacaq?

8 İyul 2014 11:05 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometreologiya Departamentinin Hidrometreoloji proqnozlar bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 


Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.


Temperatur gecə 20-24°, gündüz 27-32° isti, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacaq.


Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.


Dəniz suyunun temperaturunun Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27°, Türkan, Hövsan, Şıx və Sahildə 27-28° isti olacağı gözlənilir.


Naxçıvan Muxtar Respublikasında gündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.


Temperatur gecə 16-21°, gündüz 26-31° isti olacaq.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.


Temperatur gecə 10-15°, gündüz 20-25° isti olacaq.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.


Temperaturun gecə 17-22°, gündüz 27-32° isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.


Temperatur gecə 15-20°, gündüz 24-29° isti olacaq.


Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.


Temperatur gecə 19-24°, gündüz 29-34° isti olacaq.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.


Temperatur gecə 19-24°, gündüz 27-32° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.


Tibbi-meteoroloji proqnoz


Yaxın iki gündə Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.