Azərbaycanda bibioğlu dayıoğlunu zorladı
8 İyul 2014 12:01 (UTC+04:00)
Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsinin
rəisi Bilal
Nəbiyev publika.az-a bildirib ki, 24
yaşlı Elvin
Babayev dayısı oğlu 22
yaşlı Asif
Əsgərovu elə evlərinin qarşısında
zorlayıb. Hadisəni törədən Elvin
Babayev əməlinə görə Binəqədi Rayon Polis İdarəsinin
əməliyyatçıları tərəfindən tutularaq aidiyyəti üzrə əraziyə -
Abşeron Rayon Polis Şöbəsinə təhvil verilib.
O, istintaqa ifadəsində bildirib ki, Asif
Əsgərovla birlikdə kafedə yeyib-içdikdən sonra oradan uzaqlaşıblar.
Yolda özlərinə pivə alan qohumlar bir-biri ilə zarafatlarından da
qalmayıblar. Lakin zarafatın sonu acı faciə ilə
bitib. "Bir az içkili idik.
Bir-birimizlə zarafat edirdik, sonra zarafat mübahisəyə çevrildi və
biz dalaşdıq. Çünki o, məni nalayiq sözlərlə təhqir elədi. Mən də
əlimdə içdiyim pivə butulkasını daşa vurub sındırdım. Sonra da
Elvini yerə yıxıb butulkanın başı ilə onu
zorladım".
Əməlindən peşman olmayan Elvin Babayev "baxmaram
qohumdur, yenə söysə, yenə də eyni üsulu edərəm" deyib özünə haqq
qazandırdı.
Qeyd edək ki, zərərçəkən dərhal Kliniki Tibbi
Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta ağırdır. Faktla bağlı
Abşeron Rayon Polis Şöbəsində cinayət işi başlanıb.