Təhsil naziri Xırdalanda vətəndaşları qəbul edəcək

8 İyul 2014 12:38 (UTC+04:00)

İyulun 14-də təhsil naziri Mikayıl Cabbarov Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək. Təhsil Nazirliyindən  Movqe/az-a verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar 8, 9, 10, və 11 iyul tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.