30 yaşlı kişi küçənin ortasında öldürüldü

8 İyul 2014 12:55 (UTC+04:00)

Ötən gün Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Zabrat qəsəbəsi Nizami küçəsində yaşayan, 1984-cü il təvəllüdlü Andrey Sibizov naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələrilə qətlə yetirilib.


Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Orxan Mehdiyev tutulub.


Araşdırmalar zamanı onun qətli başqa biri ilə birlikdə törətdiyi məlum olub. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçısı, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Pərvin Qocayev də ələ keçib.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.