Siqaret qadınları ürəyindən vurur

8 İyul 2014 13:10 (UTC+04:00)

Onların 1 siqareti kişilərin 5 siqaretinə bərabərdir


İtaliyada aparılan bir araşdırma qadınların çəkdiyi hər bir siqaretin ürəklərinə verdiyi zərərin kişilərin qəbul etdiyi 5 siqaretinkinə bərabər olduğunu ortaya qoyub.

Məlum olub ki, ürək xəstəlikləri Avropada ildə təxminən 4.3 milyon, İtaliyada isə 242 min adamın ölümünə səbəb olur, bu xəstəliklərin ortaya çıxmasında isə siqaretin oynadığı rola böyükdür.


Qadınların çəkdiyi hər bir siqaretin ürəklərində yaratdığı təsir bir kişinin qəbul etdiyi 5 siqaretə ekvivalent olduğu xəbərdarlığını edən elm adamları, qadınların bu zərərli vərdişdən xilas olmaq mövzusunda isə çox da istəkli olmadıqlarını söyləyirlər.