Dəşkəsəni sel basıb

8 İyul 2014 14:09 (UTC+04:00)

Sel Daşkəsən-Xoşbulaq yoluna qaya parçaları gətirib

Dəşkəsəndə leysan yağışları nəticəsində rayona sel gəlib. Sel Dəşkəsəndə yol infrastrukturuna ciddi ziyan vurub. 

Belə ki, sel Daşkəsən-Xoşbulaq yoluna qaya parçaları gətirib. Nəticədə yolda nəqliyyatın hərəkəti dayanıb. Yuxarı Daşkəsən istiqamətində də çınqıl, qaya daşlarının yola tökülməsi nəqliyyatın hərəkətini dayandırıb. 


Daşkəsən Fövəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev Anspress-ə açıqlamasında bildirib ki, görülən işlər nəticəsində Xoşbulaqda yol açılıb: "Yuxarı Daşkəsən istiqamətində yol hələ də bağlıdır. Bu istiqamətdə də işlər aparılır".