FİFA "DÇ-2014" üçün apardığı dopinq araşdırmalarının nəticəsini açıqladı.
Movqe.az Goal.az -a istinadən xəbər verir ki, qurum mundialın bitməsinə az qalmış bir vaxtda "dopinq"lə bağlı analiz cavablarını açıqlayıb.
Qurumun səhiyyə bölməsinin baş həkimi Jiri Dvorak, test araşdırmasının ötən cümə keçirilən 1/4 final matçı günü başa çatdığını bildirdi.
Qeyd edək ki, 1994-cü il dünya çempionatında dopinqdən istifadə etdiyi aşkar edilən Dieqo Mardonadan bu yana, mundialda çıxış edən futbolçuların heç birində dopinq testi araşdırmasında mənfi hala rast gəlinməyib.