"Roma" Eşli Koulun transferini rəsmən bəyan etdi

8 İyul 2014 16:44 (UTC+04:00)

"Roma" klubu Eşli Koulu transfer etdiyini rəsmən açıqlayıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ingilis müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Bu müddət razılıq əsasında daha 1 il artırıla bilər. Koulun son çıxış etdiyi komanda "Çelsi"dir.


Qeyd edək ki, Eşli Koul "Çelsi"yə 2006-cı ildə "Arsenal"dan keçmişdi. Mövsümdə daha çox Sezar Azpilikuetaya şans verilməsi Koulun ehtiyata düşməsinə səbəb olurdu. Nəticədə "zadəganlar" mövsümün sonunda müqaviləsi başa çatan 33 yaşlı futbolçunun xidmətlərində  maraqlı olmadı.