Maşında meyit tapıldı

8 İyul 2014 16:47 (UTC+04:00)

Müşfiqabad qəsəbə sakininin üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb.


Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, iyulun 7-də Qaradağ rayonu Müşfiqabad qəsəbəsinin ərazisində qəsəbə sakini Novruz Novruzovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.


N.Novruzovun meyiti ona məxsus "Hyundai" markalı avtomobildə aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.