Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq

8 İyul 2014 16:49 (UTC+04:00)

İyulun 8-dən 9-na keçən Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, sabah gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında iyulun 9-da hava şəraitinin gündüz əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bölgələrdə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.