"Argentina üçün dua etmə"

8 İyul 2014 16:50 (UTC+04:00)

Adı mətbuata açıqlanmayan Braziliyalı bir dini idarəçinin, bir ay əvvəl Katolik dünyasının  lideri Papa Françeskoya zəng edərək, Argentinanın Dünya Kubokunu qazanması üçün dua etməməsini xahiş etdiyi bildirildi.


Goal.az xəbər verir ki, jurnalistlərin yayılan xəbərin doğru olub-olmaması barədə Papaya bu barədə ünvanladıqları suallarında, o bu məlumatın həqiqət olduğunu qeyd edib:


"Bəli bununla bağlı bir ay əvvəl Brazilyadan mənə telefon zəngi gəldi. Həmin şəxs məndən tərəfsiz olmağımı  xahiş edərək, kubokun Braziliyanın qazanacağın" deyə vurğulayıb.


Daha sonra həmin şəxsə, "niyə məndən bucür xahiş tələb edirsən dediyimdə" , o da sualımın qarşılığında, "Çünki siz allaha daha çox yaxınsınız cavabını verdi" deyə bildirib.