Gənc müğənni hamını şoka saldı - FOTO - Video

6 İyul 2012 11:33 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, gənc müğənni Fərid Mərd Məzunlar Günü münasibəti ilə tələbələr önündə mini konsert proqramı ilə çıxış edib. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunlarını öz ritmik mahnıları ilə sevindirən Fərid bunun ardınca hamını şoka salıb. Belə ki, müğənni söz və musiqisi özünə aid "Ritmini tutdum" mahnısını ifa edərkən gözlənilmədən hoppanıb səhnənin önündəki hasarın ən yuxarı hissəsinə qalxıb. Bir neçə dəqiqə bu yüksəklikdə oxuyan gənc tamaşaçıların həyəcanına səbəb olub.

Həmin hadisədən çəkilən telefon yazısını sizə də təqdim edirik:

Türkan Nadirqızı

Movqe.Az