4 yaşlı qaynar sudan yandı

8 İyul 2014 17:55 (UTC+04:00)

Ötən gün Tovuz rayonunda ehtiyatsızlıqdan dörd yaşlı oğlan yanıb 

Rayon Polis Şöbəsindən Anspress-ə verilən məlumata görə, Abulbəyli kəndində qeydə alınıb.


Hadisə uşağın nəzarətsiz qaldığı vaxt baş verib. Kənan İbrahimov valideynlərinin gözündən yayınaraq odun sobasında qaynayan qazana toxunub. Nəticədə qazanda qaynayan su uşağın üstünə tökülüb.


Ağır yaralanan uşaq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.


Qeyd edək ki, zərərçəkən ailənin yeganə oğlan övladıdır.