Uşaqlar arasında ölümün əsas səbəbləri açıqlanıb

8 İyul 2014 18:06 (UTC+04:00)

Azərbaycanda 1 yaşa qədər ölən uşaqlar arasında ölümün əsas səbəbləri açıqlanıb. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il Azərbaycanda bütün səbəblərdən 1 yaşına qədər ölən uşaqların sayı 1862 nəfər olub. Onlardan 67-si bəzi infeksion və parazitar xəstəliklərdən, 105-i sinir sisteminin xəstəliklərindən, 192-si tənəffüs orqanlarının xəstəliklərindən, 22-si həzm sisteminin xəstəliklərindən, 1142-si perinatal dövrdə meydana çıxan hallardan, 126-sı anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom poz]unluqları), 20-si travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən, 188-i isə digər səbəblərdən baş verib. Belə məlum olur ki, 2013-cü ildə hər 10 000 nəfər diri doğulan uşaqdan 107, 9-u 1 yaşına qədər ölüb.Həmin uşaqlardan 4.7-də bəzi infeksion və parazitar xəstəliklər, 5.6-da sinir sisteminin xəstəlikləri, 14.1-də tənəffüs orqanlarının xəstəlikləri, 1.5-də həzm sisteminin xəstəlikləri, 59.9-da perinatal dövrdə meydana çıxan hallar, 9.8-də anadangəlmə anomaliyalar (inkişaf qüsurları, deformasiyalar və xromosom pozğunluqları), 1.2-də travmalar, zəhərlənmələr, 11.1-də isə sair səbəblərdən ölüm baş verib.