Saqqal kəsən həbs edildi

8 İyul 2014 18:50 (UTC+04:00)
Sabirabadda törətdiyi əməllə gündəmdə olan Rəmzi Zeynalov məhkəmənin qərarı ilə həbs olunub. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS PRESS-ə verdiyi məlumata görə, Cavanşir Zərbəliyevin saqqalını kəsən Rəmzi Zeynalov rayon polis şöbəsində saxlanılıb. "Rəmzi Zeynalov barəsində rayon polis şöbəsində Cinayət Məcəlləsinin 221.1.2 ( xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Onun barəsində istintaq müddəti üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib", - deyə Ehsan Zahidov bildirib.
Qeyd edək ki, R. Zeynalovun hərəkətləri ölkə dindarları tərəfindən pislənilib.