Nazirlik büdcəyə 3 milyarddan çox vəsait ödədi
9 İyul 2014 12:15 (UTC+04:00)
2014-cü ilin 1-ci yarımilliyində Vergilər
Nazirliyinin xətti ilə büdcəyə 3 milyard 593 milyon 835 min manat
vəsait daxil olub. Movqe.az-ın Vergilər Nazirliyinə istinadla verdiyi məlumata görə, bu
məbləğin 32,9 faizi mənfəət vergisinin, 28,3 faizi əlavə dəyər
vergisinin, 12,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4
faizi aksizlərin, 15,6 faizi isə digər vergilərin payına
düşür.Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2
milyard 51 milyon 396,5 min manat vəsait daxil olmuşdur ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz
çoxdur.1-ci yarım il ərzində respublika
üzrə 42 min 681vergi ödəyicisi qeydiyyata alınıb. 1 iyul 2014-cü il
tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 574 min
935-ə çatıb.2014-cü ilin yanvar-iyun ayları
ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin
xüsusi çəkisi 90,9 faiz təşkil edib.