Dəmiryoldakı yoxlamalarla bağlı rəsmi açıqlama

9 İyul 2014 13:00 (UTC+04:00)

Hesablama Palatasının "Azərbaycan Dəmir Yolları" QSC-nin tibb xidmətində yoxlamalar aparması barədə yayılan məlumat doğrudur. 


Bu barədə "Qafqazinfo" ya açıqlama verən Hesablama Palatasının Mətbuat Xidmətinin rəhbəri Nailə Qazıyeva bildirib ki, yoxlamaların nəticəsi və aşkarlanan faktlar barədə ictimaiyyətə məlumat veriləcək: "Hesablama Palatasının əsas funksiyalarından biri də audit yoxlamalar aparmaqdır. İyun ayının 12-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin "Səhiyyə" bölməsi üzrə "Azərbaycan Dəmir Yolları" QSC-nin həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına dair Audit proqramı müzakirə edilərək təsdiq olunub".