"London" taksilərində I Avropa Olimpiya Oyunları ilə bağlı yenilik-Özəl

9 İyul 2014 13:46 (UTC+04:00)
"Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunlarına hazırlıq çərçivəsində "Bakı Taksi" MMC "London" taksi sürücülərinə xüsusi uniforma hazırlayır. Movqe.az-a bu barədə məlumat verən "Bakı Taksi" MMC-nin maliyyə müdiri Vüqar İbrahimov bildirib ki, yeni uniformalara I Avropa Olimpiya Oyunlarının loqotipi vurulacaq. V. İbrahimovun sözlərinə görə, I Avropa Olimpiya Oyunlarına hazırlıq çərçivəsində artıq təşkilatı işlərə də başlanılıb: "Biz artıq hava limanında qonaqların qarşılanması üçün sürücülərin vərdişlərə yiyələnməsi məqsədilə işlərə başlamışıq. Burada məqsəd I Avropa Olimpiya Oyunlarına gələcək əcnəbi qonaqlara sürücülüər tərəfindən yüksək səviyyədə taksi ximəti göstərmək vərdişinin aşılanmasıdır. Biz daxili təlimatla sürücülərə qonaqlara baqaj xidmətinin də göstərilməsi, qonaqların əlindəki yükün alınaraq baqaja yerləşdirilməsi ilə bağlı təlimatlar vermişik. I Avropa Olimpiya Oyunları ərəfəsi "Eurovision"da dil biliklərinə yiyələnən sürücülər hava limanınada taksi xidmətinə cəlb ediləcək. Artıq indidən Heydər Əliyev adına Hava limanında taksi dispetçer xidməti də yaradılıb".