Bakıda daha bir yol açıldı (FOTO)
9 İyul 2014 14:57 (UTC+04:00)
Paytaxtda daha bir istifadəyə verilib.
Movqe.az-ın Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Cavadxan
küçəsinin Mirmahmud Kazımovski küçəsi ilə kəsişməsindən 4-cü
mikrorayon dairəsinə qədər olan hissəsində aparılan təmir işləri
yekunlaşdırılıb. Bildirilib ki, yolda
nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.Qeyd edək ki, ötən gün axşam saat 23:00-dan etibarən Həsən
Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) hissə-hissə aparılan
yenidənqurma işləri tam başa çatıb. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan
Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Həsən Əliyev
küçəsinin Azər Əliyev küçəsilə kəsişməsindən Tbilisi prospektilə
kəsişməsindək olan son hissəsində aparılan yenidənqurma işləri
yekunlaşıb.