İclasda əlbəyaxa döyüş

6 İyul 2012 12:22 (UTC+04:00)

Movqe.azxəbər verir ki, dünya dövlətləri Əsəd rejimini həll etmək üçün alternativ yollar  axtararkən Suriyalı müxalif qruplar arasında toqquşma baş verib. Misirin paytaxtı Qahirədə dünən keçirilən görüşlərdə ölkədəki keçid dövrü üçün ortaq  baxış  formalaşdırmağa çalışan müxalif qruplar arasında əlbəyaxa döyüşlə nəticələnən mübahisə yaranıb. 30 fərqli qrupdan 200-dən çox iştirakçının iştirak etdiyi görüşdə Əsədin azad olması və Azad Suriya Ordusuna yardım göstərilməsi ilə bağlı razılıq əldə edilmişdi. Lakin vahid bir cəbhə qurma səyləri nəticəsiz qalıb. Müzakirələr əsnasında Suriya Kürd Milli Şurası geri çəkilib.