SOCAR Soma faciəsində yaralanan mədənçiyə iş verdi- Foto

9 İyul 2014 17:40 (UTC+04:00)
Soma faciəsində mədəndən yaralı olaraq çıxardılarkən ambulansa mindirilən zaman " ayaqqabılarımı çıxarımmı, ambulans kirlənməsin" sözləri ilə bütün Türkiyəni duyğulandıran Murat Yalçın Socardan iş təklifi alıb. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Socarın Türkiyə təmsilçisi Kənan Yavuz tvitter hesabında yazıb: "Murat Yalçına iş təklifi etdim. O da işi qəbul etdi".