Mədət Quliyev BMT-nin nümayəndələri ilə görüşüb

9 İyul 2014 18:44 (UTC+04:00)

Penitensiar Xidmətin rəisi Mədət Quliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlığa qarşı Ofisinin (UNODC) icraçı direktorunun kabinet rəhbəri Roberto Arbitrionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Ədliyyə Nazirliyi ilə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisi (UNODC) arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.