Alma infarkt riskini azaldır

10 İyul 2014 10:30 (UTC+04:00)

Tibb sahəsində məşğul olan britaniyalı ekspertlər bu günlərdə belə bir nəticəyə gəliblər ki, hər gün böyük miqdarda alma qəbul etmək infarktla bağlı problemləri minimuma endirir. Onlar bir sıra sadə tədqiqatlar keçirərək bu fikrə gəliblər ki, alma bu riski kifayət qədər aşağı sala bilər.

Alimlər bunu təsdiq etmək üçün bir neçə qrupa bölünmüş gənclərdən ibarət böyük bir auditoriya ilə mürəkkəb eksperiment keçiriblər. Onlar infarkt keçirmiş və tam sağlam olan adamların uzun müddət alma qəbul etməsindən sonra bu qənaətə gəliblər.

Həmçinin bir qədər sonra məlum olub ki, almanın tərkibində olan maddələr qanda xolesterinin səviyyəsini, sadəcə olaraq, aşağı salaraq və müvafiq olaraq infarkt simptomlarının əmələ gəlmə riskini azaldaraq orqanizmə müsbət təsir göstərir.