Avtobuslarda bu biabırçılığı da gördük- Foto
10 İyul 2014 10:30 (UTC+04:00)
Bakının nəqliyyat sisteminin bərbad vəziyyətdə olmasını göstərən
növbəti faktı təqdim edirik.
Paytaxt üzrə 142 saylı marşurut xətti ilə işləyən avtobusda
sürücülər sərnişinləri insan deyil, yük kimi daşıyırlar. İritutumlu
avtobusda çəmi 4 oturacaq var, yerdə qalanları çıxarılıb.
Movqe.az-ın xəbərinə görə, oxucular Milli.Az-a yazıb ki, sürücülər
oturacaqları çıxarmaqla sərnişinləri təhqir edirlər:
"Bizi kartof kimi daşıyırlar. Bir tormozla sərnişinlər bir-birinin
belinə minir. Avtobuslar arasındakı interval isə 50 dəqiqədir.
Sürücülər isə avtobusu kofe içərək, siqaret çəkə-çəkə idarə
edirlər. Bununla 2015-ə gedirik".
Həmin marşrutun sahibkarı olan "İsmayıloğlular" şirkətinin rəhbəri
Qurban İsmayılov Milli.Az-a belə bir halın olmasını mümkünsüz
saydı: "Belə bir hal ola bilməz. Kim onlara icazə verir ki,
avtobusdan oturacaq çıxarsınlar? Əgər belə bir hal olsa belə,
araşdırılıb tədbir görüləcək".