Atəşkəs 24 dəfə pozuldu
10 İyul 2014 10:00 (UTC+04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində
atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub.
Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, erməni
silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının
İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən
mövqelərdən Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun
Köhnəqışlaq kəndlərində, Noyemberyan rayonunun Dovex kəndində
yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən
mövqelərimizi atəşə tutublar.Berd rayonunun ərazisindəki adsız
yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz
rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimiz də
atəşə məruz qalıb.
Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam
rayonunun Mərzili, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu,
Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.