Hərbçilərimiz dənizdə təlim keçəcək

10 İyul 2014 10:40 (UTC+04:00)

Silahlı Qüvvələrimizin nümayəndələri dəniz təlimində iştirak edəcək.


Müdafiə Nazirliyindən Anspress-ə verilən məlumata görə, təlimlər Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən olacaq. 

İstanbul şəhərində (Türkiyə) Açıq dəniz təlimi iyulun 11-dən avqustun 9-dək davam edəcək. 


Təlimdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.