Mehriban Əliyeva Xanım Qafarovanı İsrailə göndərir

10 İyul 2014 10:53 (UTC+04:00)

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarovanın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. BU barədə məlumatı anspress-ə aktrisa özü verib. 


X.Qafarova açıqlamasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İsrailə müalicə olunmağa gedəcəyini deyib:


"Dünən axşam fondan zəng vurdular. Dedilər ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım bütün müalicə xərclərimi ödəyəcək və məni İsrailə göndərəcək. İyulun 12-də İsrailə gedəcəm".


X. Qafarova səhhəti barəsində də məlumat verib. O, vəziyyətinin yaxşı olmadığını bildirib: 


Aktrisanın sözlərinə görə, zəng gələn kimi halı bir yaxşılaşıb, özünə gəlib. "Mehriban Əliyevaya təşəkkür edirəm. Çox sevinirəm. Allah Mehriban xanımın canını sağ eləsin, onun qarşısında baş əyirəm. Mənimlə maraqlanan və dua edənlərin hər birinə təşəkkür edirəm".